Ana Səhifəyə Qayıt

2026-cı ilin qeyri-iş günləri

Rəsmi təsdiqlənmiş bayram və hüzn günləri

2026-cı il qeyri-iş günləri

Artıq bir çoxumuz istirahət planlarımızı hazırlamağa başlayırıq. Səyahətlərimizi planlayarkən bizə ən çox kömək edən qeyri-iş günlərini öncədən bilmək və nəzərə almaqdır. Bu bloqda siz 2026-cı ilin bütün qeyri-iş günləri, bayramları və xüsusi günləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Beləliklə, növbəti il üçün səyahət planlamanızı buna uyğun edə bilərsiniz.

Mündəricat

  • 2026-ci ilin əsas qeyri-iş günləri və bayramları
  • İstirahət günlərinin effektiv planlaşdırılması

2026-cı ilin əsas qeyri-iş günləri və bayramları

1-2 Yanvar

Yeni il

Cümə axşamı və Cümə: Yeni ilin ilk iki günü ölkədə rəsmi qeyri-iş günləridir.

20 Yanvar

Ümumxalq Hüzn Günü

Çərşənbə axşamı: Azərbaycanda 1990-cı ildə baş vermiş “Qanlı Yanvar” hadisəsinin anım günü olduğu üçün qeyri-iş günüdür.

8 Mart

Qadınlar Günü

Bazar: Beynəlxalq Qadınlar Günü hər il olduğu kimi 2026-ci ildə də xüsusi gün kimi qeyd olunacaq. Lakin bu tarix bazar gününə düşdüyü üçün 9 mart qeyri-iş günü olaraq müəyyən edilib.

20-24 Mart

Novruz bayramı

Cümə - Çərşənbə axşamı: Novruz bayramı yazın gəlişini, təbiətin yenidən oyanmasını simvolizə edir. Bu bayramda 5 gün qeyri-iş günü olacaq.

20-21 Mart

Ramazan bayramı

Cümə və Şənbə: Ramazan bayramı bu il 20-21 mart tarixlərində qeyd olunur. Bu müqəddəs bayram insanlar arasında birlik, paylaşmaq və mərhəmət dəyərlərini ön plana çıxarır.

Qeyd: Mart ayında olan qeyri-iş günlərinin, Novruz və Ramazan bayramlarının bəzi tarixləri ilə üst-üstə düşdüyü və həftəsonuna təsadüf etdiyi üçün 9, 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü hesab edilir.
9 May

Qələbə Günü

Şənbə: Faşizm üzərində qələbə günü ölkəmizdə hər il qeyd olunur və qeyri-iş günü hesab edilir. Lakin bu tarix həftəsonuna təsadüf etdiyi üçün 11 may tarixi qeyri-iş günü olacaq.

27-28 May

Qurban bayramı

Çərşənbə və Cümə axşamı: Müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı iki gün qeyd ediləcək.

28 May

Respublika Günü

Cümə axşamı: Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə bu gün qeyri-iş günü olacaq.

Qeyd: May ayında olan Respublika Günü və Qurban bayramı tarixlərinin üst-üstə düşməsi səbəbindən 29 may tarixi də qeyri-iş günü hesab edilir.
15 İyun

Milli Qurtuluş Günü

Bazar ertəsi: Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını simvolizə edir və qeyri-iş günüdür.

26 İyun

Silahlı Qüvvələr Günü

Cümə: Azərbaycan Silahlı Qüvvələri Günü dövlət bayramı kimi qeyd edilir və qeyri-iş günüdür.

8 Noyabr

Zəfər Günü

Bazar: Zəfər Günü xalqın qəhrəmanlıq və birlik ruhunu vurğulayan xüsusi gündür. Lakin bu tarix həftəsonuna təsadüf etdiyi üçün 10 noyabr tarixi qeyri-iş günü olacaq.

9 Noyabr

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Bazar ertəsi: Bu gün Azərbaycan xalqı üçün dövlət simvollarının önəmini əks etdirir və qeyri-iş günü hesab edilir.

31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Cümə axşamı: İlin son günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə yekunlaşır.

İstirahət günlərinin effektiv planlaşdırılması

2026-cı ilin iş və istirahət günləri təqviminə əsasən, səyahət planları üçün ideal tarixlər müəyyən edilə bilər. 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Mart ayında olan qeyri-iş günlərinin, həmçinin Novruz və Ramazan bayramlarının bəzi tarixlərinin üst-üstə düşməsi və həftəsonuna təsadüf etməsi səbəbindən 9, 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. Uzunmüddətli tətil günləri səyahət üçün əlverişli dövrlərdir bu səbəbdən uzun səyahətlərinizi mart ayı üçün planlaya bilərsiniz.